Azərbaycan taekvondoçusu “Qran-pri” turnirinin qalibi olub

Bu gün Bakıda taekvondo üzrə "Qran-pri" turnirinin final mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, ilk gündə dayanq üzərinə Azərbaycan yığmasının iki üzvü çıxıb.

 

“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil edilən yarış saat 10:00-da başlayıb.

 

Millimizin gənc üzvü Roman Samodurov (58 kq) ilk döyüşdəcə bu çəkinin reytinqində ilk pillədə yer alan cənubi koreyalı Tae-Hun Kim ilə döyüşüb. Təəssüf ki, yekunda təcrübə öz sözünü deyib. Rəqib qələbə sayəsində mərhələ adlayıb.

 

Komandamızın heyətində böyük ümidlər bələnilən Milad Beigi Harçeqani (80 kq) 1/8 finalda avstriyalı Hayder Şkaranı sınağa çəkib. Qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. İlk raundda 8:0 hesabı ilə öndə olan Harçeqani növbəti hissədə üstünlüyü 14:0-a çatdırıb və vaxtından əvvəl qalib elan olunub. Olimpiya mükafatçımız 1/4 finalda cənubi koreyalı Heyeon-Vu Kimlə üz-üzə gəlib. Bu rəqib də taekvondoçumuza müqavimət göstərə bilməyib. Harçeqani asiyalını 17:1 hesabı ilə məğlub edib.

 

O, yarımfinalda meksikalı Rene Lizarraqa ilə qüvvəsini sınayıb. Harçeqani bu rəqibi də dayanq üzərinə çıxmağa peşman edib və görüşü vaxtından əvvəl xeyrinə bitirib. 18:0 hesablı üstünlük Miladı ikinci raundda finala yüksəldib. İdmançımız həlledici görüşdə də misirli Seif Eissaya göz açmağa imkan verməyib. Azərbaycan taekvonduçusu bu dəfə də vaxtından əvvəl qələbəyə sevinib. 3-cü raundun əvvəlində hesabı 12:0-a çatdıran Harçeqani Qran-pri turnirinin qalibi olub.

 

Qeyd edək ki, yarışın ikinci günü millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ