Azərbaycan yığması Avropa çempionatına 11 parataekvondoçu ilə qatılacaq

azerbaycan yigmasi avropa cempionatina 11 parataekvondocu ile qatilacaq

Bakı – APA. Sentyabrın 16-da Polşanın paytaxtı Varşavada parataekvondo üzrə Avropa çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa Azərbaycan yığması da qatılacaq.

 

Sayca 5-ci olan qitə çempionatında ölkəmizi 4 kateqoriyada 11 idmançı təmsil edəcək. Baş məşqçisi Əvəz Tağıyev Varşavada Anar Hüseynov (61 kq, K 41), Namiq Abbasov (61 kq, K 43), Şəhmir İbadov (61 kq, K 42), Rövşən Qəhramanlı (61 kq, K 44), Nicat Müslümov (75 kq, K 42), Xəzər Mirzəyev (75 kq, K 43), Əbülfəz Abuzərli (75 kq, K 44), Aleksandr Poluşuk (+75 kq, K 42), Vüqar Adışirinov (+75 kq, K 44), Röyalə Fətəliyevaya (58 kq, K 44) və Aynur Məmmədovanı (+58 kq, K 44) sınaqdan çıxaracaq.

 

Səfərə Azərbaycan Taekvondo Federasiyasının baş katibi, parataekvondo millisinin rəhbəri Həmdiyyə Məmmədov da yollanıb.

 

Qeyd edək ki, G4 kateqoriyalı yarışın qalibləri aktivinə 40 reytinq xalı əlavə edəcək. Yığmamız vətənə sentyabrın 17-də dönəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ