Bərdədə şəhid olan Ziya Həsənovun xatirəsinə həsr olunmuş kikboksiniq turniri keçirilib - FOTOSESSİYA

Bərdədə kikboksiniq üzrə turnir keçirilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə aprel döyüşlərində torpaqların bütövlüyü uğrunda  şəhid olan Ziya Həsənovun xatirəsinə təşkil olunan yarışda 8 rayondan 13 komanda iştirak edib.

 

Rinqdə 6-19 yaşlarında 150 idmançı  birincilik uğrunda mübarizə aparıb.

 

Əməkdar idman ustası Elnur Salamov APA-ya açıqlamasında bildirib ki, qaliblər fevral, mart və aprel aylarında aylarında keçiriləcək respublika çempionatında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

 

Şəhid Ziya Həsənovun atası  Niyazi Həsənov APA-ya açıqlamasında bildirib ki, oğlu Ziya da idmanın kikboksinq növü ilə məşğul olub: “Belə yarışların təşkil olunması gənclərin pis vərdişlərdən uzaq və sağlam böyüməsinə səbəb olur. Mən idmançılara baxanda həm qürur keçirdim ki, Ziya boş yerə şəhid olmayıb, bu idmançılar onun qanın yerdə qoymayacaq. Həm də düşünürəm ki, onlar bizim bayrağımızı xarici ölkələrdə böyük çempionatlarda yüksəklərə qaldıracaq.”

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
  • istanbul metrosunda yangin olub
    İstanbul metrosunda yanğın olub
istanbul metrosunda yangin olub istanbul metrosunda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ