İJF prezidenti: “Bakıdakı dünya çempionatı yüksək səviyyədə təşkil olunacaq”

ijf prezidenti bakidaki dunya cempionati yuksek seviyyede teskil olunacaq

“Bu il bizim cari layihələrinin konsolidasiya ili olacaq və sosial şəbəkələrdə fəaliyyətimizi daha da gücləndirəcəyik. Hakimlik qaydalarına daha yaxşı nəzarət təşkil olunacaq. Olimpiya təsnifat yarışlarına düzgün yanaşılacaq”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer deyib.

 

Qurum rəhbəri İJF-in rəsmi saytına 2018-ci illə bağlı müsahibə verib. O, bu il Bakıda baş tutacaq mundiala da toxunub: “Bakıdakı dünya çempionatı və bütün beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunacaq. Bütün cüdoçular üçün elektron təlim platformasının yaradılacağına ümid edirik. Bu idmançılara idman karyerası boyu öz təhsillərini davam etdirmək imkanı verəcək. Cüdonun KİV-də geniş işıqlandırılmasına nail olmaq, müasir idman növləri arasında “Top-10”da yerimizi qorumaq istəyirik. Hazırda sosial şəbəkələrdə idman növləri sırasında səkkizinciyik. Cüdoda çox yüksək dəyərlər var. Biz bu dəyərlərin cəmiyyətə inteqrasiyası üçün bütün qüvvəmizi qoymalıyıq”.

 

Vizer dünya çempionu olmaq istəyən gənc cüdoçulara da arzularını çatdırıb:Çempion olmaq möhtəşəm nailiyyətdi. Əlbəttə, bunun üçün nəhəng iş görməli, qurbanlar verməli, işə sadiqlik nümayiş edilməli, həmçinin məktəb təhsili alınmalıdı. Fikrimcə, məktəb təhsili ilə idman təlimi ayrılmamalıdı. Hesab edirəm ki, əksər cüdoçular nə vaxtsa əsl çempion olmaq şansına malikdi. Amma əminəm ki, bizim idman növü sayəsində milyonlarla gənc həyatda çempion ola bilər. Hazırda cüdoda bir sıra çempionlar və dəyərli idmançılar var. Onlardan hansının mövsümün kəşfi olacağını öncədən söyləmək düz olmaz. Amma mən səylə işləyib, cüdo dəyərlərini inkişaf etdirməyə çalışanlara istədikləri bütün uğurlara çatmalarını arzulayıram”.

 

İJF prezidenti yarışı zaldan izləyərkən hansı hissləri keçirdiyini də açıqlayıb:Dolu tribunaların olması yarışın dəyərini göstərir. Bu, idmançı və pərəstişkarların idman növünə sevgisinin sintezini də təcəssüm edir. Cüdoda daha bir önəmli faktor rəqabətlə bağlıdı. Hesab edirəm ki, yarışlarda idmançıların inkişaf etməsində bu amilin də rolu böyükdü”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301