Niyaməddin Paşayev: “Onun döyüşməməyi üçün tibbi arayış lazım idi”

niyameddin pasayev onun doyusmemeyi ucun tibbi arayis lazim idi

Gənclər və İdman Nazirliyində taekvondoçu kişilərdən ibarət yığmamızın Bakıda keçirilən komandalararası dünya çempionatındakı çıxışına və Azərbaycan Taekvondo Federasiyasının Ümumdünya Taekvondo Federasiyası tərəfindən “ilin ən yaxşı milli assosiasiyası” seçilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan nazir müavini İsmayıl İsmayılov millimizin mundialda çempionluğunu yüksək qiymətləndirib.

 

O, taekvondoçularımız qarşıdakı yarışlarda da uğurlu çıxışına inam ifadə edib.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov da qələbəyə münasibət bildirib. O, vurğulayıb ki, komandamızın Meksikada qazanılan uğuru Bakıda da qorumasına müntəzəm məşqlər səbəb olub: “Yığmamız hələlik Olimpiya növləri üzrə çempionatı qazanan ilk komandadı. Yarışda dünyanın ən güclü 8 komandası iştirak edir. Bu il də kuboku heç kimə vermədik və Azərbaycanda qaldı. Hər iki uğuru Mehmandostun rəhbərliyi altında qazanmışıq”.

 

Səfərov qadınlardan ibarət Azərbaycan yığmasının komandalararası dünya çempionatında zəif çıxışına da toxunub. Onun sözlərinə görə, Olimpiadadan 2 ay sonra bu yarışda iştirak təqvim planında belə olmayıb: “Kişilərdən ibarət komandamız buna hazır oldu. Lakin qadın taekvondoçularımız bunu bacarmadı”.

 

O, 2017-ci ildə bir sıra yeni bazaların açılacağını qeyd edib: “Bunu ilk növbədə cəbhə bölgəsi Ağdamda açmağı planlaşdırırıq”.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Radik İsayevin Qran-pridə məğlubiyyətinə aydınlıq gətirib. Onun sözlərinə görə, Olimpiya çempionunu dünya çempionatına buraxmaq istəməyiblər: “Biz Radiki Qran-priyə buraxmaq istəmirdik. Lakin qaydalara əsasən, o, yarışda iştirak etməliydi. Onun orda döyüşməməyi üçün tibbi arayış lazım idi. Bu onun Qran-priyə qatılmadan dünya çempionatında iştirakı üçün lazım idi. Amma Bakıda qalib gələn idmançı belə reytinqdə ona çatmadı”.

 

Tədbirdə yığmamızın titullu idmançıları Ramin Əzizovla Günay Ağakişiyevanın əsas heyətdə yer almamasının səbəbi də açıqlanıb. Bildirilib ki, onlar hazır olduqda yığmada yer alacaqlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ