“Atletiko”nun prezidenti: “Qarabağ” işimizi çətinə saldı”

atletiko nun prezidenti qarabag isimizi cetine saldi

“Mən bunu yüksək səslə demək istəyirəm: Simeone “Atletiko”da futbolçular, rəhbərlik və azarkeşlər üçün toxunulmazdı. Klubda buna şübhə etmək qadağandı”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun prezidenti Enrike Serezo deyib.

 

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi cari mövsümə uğurlu start götürmədiyindən, baş məşqçi Dieqo Simeone ilə bağlı müxtəlif söz-söhbətlər yayılmağa başlayıb. Onun Madrid klubunu tərk edəcəyi və İngiltərə Premyer Liqa komandalarından biri ilə anlaşacağı iddia olunur.

 

Lakin klub prezidenti bunu qətiyyətlə təkzib edib. O, yerli mətbuata açıqlamasında həm La Liqada, həm də Çempionlar Liqasında işlərinin yoluna düşəcəyinə inandığını söyləyib: “La Liqada o qədər də zəif çıxış etdiyimizi düşünmürəm. 11 turdan sonra məğlub olmamışıq və liderlər qrupundan da uzaq deyilik. Çempionlar Liqasında isə şansımız davam edir. Doğrudu, “Qarabağ”la oyunlardakı xal itkiləri və “Çelsi”yə məğlubiyyət işimizi çətinə saldı. “Roma” ilə qalib gəlməli olduğumuz görüşdə isə bəxtimiz gətirmədi. Halbuki bu matçların hamısını yüksək səviyyədə keçirmişik. Hələ də şansımız davam edir və bunun üçün sona qədər mübarizə aparacaq gücə sahibik”.

 

Qeyd edək ki, 23 xalla La Liqada 4-cü pillədə qərarlaşan “Atletiko”nun Çempionlar Liqasında aktivində 3 xal var və 3-cü yerdə gedir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socide rusiya turkiye ve iran prezidentlerinin gorusu baslayib
    Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başla...
  • vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib
    Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-p...
vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287