AVRO-2024: Türkiyə loqo və şüarı açıqlayıb

avro 2024 turkiye loqo ve suari aciqlayib

Futbol üzrə 2024-cü il Avropa çempionatı üçün ev sahibliyinə namizədliyini verən Türkiyə loqo və şüarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, tədbir Türkiyə Futbol Federasiyasının (TFF) milli komandaların təlim-məşq bazasında baş tutub.

 

Tədbirdə Türkiyənin gənclik və idman naziri Osman Aşkin Bak, TFF-in prezidenti Yıldırım Dəmirörən, milli komandanın baş məşqçisi Mirça Luçesku, həmçinin federasiya rəsmiləri və qonaqlar iştirak ediblər.

 

Final mərhələsinə namizədliyin təcəssüm olunduğu loqoda top, həmçinin 2024 və Türkiyə sözləri əksini tapıb. Namizədlik şüarı isə “Birlikdə paylaşaq” kimi tərcümə olunur.

 

Türkiyə AVRO-2024-ə ev sahibliyi hüququna yiyələnsə, çempionatın qarşılaşmaları 9 şəhərin 10 stadionunda keçiriləcək. Bunlar İstanbulun 2 arenası, eləcə də, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Konya, Trabzon, Kocaeli və Ankaradakı stadionlardı.

 

Qeyd edək ki, AVRO-2024-ü qəbul etməyə Türkiyə və Almaniya namizəddi. Final mərhələsinin keçiriləcəyi yer bu ilin sentyabrın 24-də müəyyənləşəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301