Azərbaycan yığması FİFA reytinqində mövqeyini qoruyub

azerbaycan yigmasi fifa reytinqinde movqeyini qoruyub

FİFA 2017-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən il tərtib olunan son siyahıdan sonrakı dövrdə yığmaların iştirakı ilə keçirilmiş oyunların sayı az olduğu üçün cədvəldə cüzi sayda dəyişiklik qeydə alınıb.

 

Bu müddətdə heç bir rəsmi matça çıxmayan Azərbaycan millisinin də xal və mövqeyi dəyişməz qalıb. Xorvatiyalı baş məşqçi Robert Prosineçkinin çalışdırdığı yığmamız ötən ay olduğu kimi, 386 xala malikdi.

 

Bu nəticə ilə komandamız 90-cı pillədə qalıb. Lakin artıq Toqo millisi yığmamıza çatıb. Eyni xala malik komandalar 90-cı pilləyə şərikdi.

 

Millimiz və “qonşular”ı

85 (87). Qətər - 416

86 (86). Ermənistan – 412

87 (89). Keniya - 396

88 (88). Zambiya - 395

89 (85). Liviya – 390

90 (90). Azərbaycan - 386

90 (91). Toqo – 386

92 (93). Antiqua və Barbuda – 370

93 (93). Finlandiya – 368

93 (92). Ruanda - 368

95 (95). Boliviya - 359

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb.

 

İlk “onluq”

1 (1). Argentina – 1634

2 (2). Braziliya – 1544

3 (3). Almaniya – 1433

4 (4). Çili – 1404

5 (5). Belçika – 1368

6 (6). Kolumbiya – 1345

7 (7). Fransa – 1305

8 (8). Portuqaliya – 1229

9 (9). Uruqvay – 1187

10 (10). İspaniya – 1166

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Norveçin mövqeyi dəyişib. Onlar 1 addım geriləyib.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1433

32 (32). Şimali İrlandiya - 767

43 (43). Çexiya - 671

84 (83). Norveç - 418

202 (202). San-Marino – 17

 

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 851 xal var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meleyke abbaszade agsuda vetendaslari qebul edib
    Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib
  • bakida sehadet senedli filminin teqdimati kecirilib
    Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib...
bakida sehadet senedli filminin teqdimati kecirilib bakida sehadet senedli filminin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ