Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşib

azerbaycan yigmasinin yeni bas mesqcisi mueyyenlesib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəzifə müvəqqəti olaraq Samir Ələkbərova tapşırılıb.

 

Bu, Məşqçilər Komitəsinin təklifinə əsasən gerçəkləşib. Yaşar Vahabzadənin istefasından sonra bu posta gətirilən Ələkbərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlarda komandaya rəhbərlik edəcək.

 

Aslan Kərimov və Cahangir Həsənzadə isə yığmaya köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər. 

 

Qeyd edək ki, millimiz oktyabrın 6-da Almaniya ilə səfərdə, noyabrın 9-da eyni rəqiblə Bakıda üz-üzə gələcək. 5 gün sonra isə Ələkbərovun yetirmələri Kosovo ilə görüşəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • novxanida avtoq za olub xesaret alan var
    Novxanıda avtoqәza olub, xəsarət alan var
  • cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib
    Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb...
cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9959
 
RR
0.0287