“Çelsi” – “Qarabağ” matçında Çempionlar Liqasının 5 illik tilsimi qırılıb

celsi qarabag matcinda cempionlar liqasinin 5 illik tilsimi qirilib

“Çelsi”nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən görüşdə tarixə düşüb. Apasport.az saytının məlumatına görə, belçikalı qolkiper yaşıl meydanlarda nadir hallarda görülən məhsuldar ötürmə ilə yadda qalıb.

 

“Zadəganlar”ın 30-cu dəqiqədəki ikinci qolu zamanı Kurtuadan ötürmə alan Davide Zappakosta sağ cinahdan uzun reyd edərək toru silkələyib. İbrahim Şehiçin də kobud səhvi nəticəsində vurulan qolun ötürməsinin müəllifi olan Kurtua Çempionlar Liqasında 5 illik tilsimi qırıb. Belə ki, Avropanın ən nüfuzlu klub turnirində sonuncu dəfə 2012-ci ildə “Seltik”in qolkiperi Freyzer Forster “Barselona” ilə oyunda qol ötürməsi vermişdi.

 

Qeyd edək ki, “Çelsi”nin 6:0 hesabı ilə qalib gəldiyi görüşdə rəqib komandanın heyətində Pedro Rodriges, Davide Zappakosta, Sezar Azpilikueta, Timo Bokayoko, Miki Batşuay hərəyə 1 top vurublarsa, sonuncu qolda Maksim Medvedev avtoqol müəllifi olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:04 22 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov minske gedib
    Zakir Həsənov Minskə gedib
  • azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib
    “Azər-Türk Bank” Bakı və Qəbələdə “ASAN xidmət” mərkəzində P...
azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0865
 
RR
0.03