İslamiada: Azərbaycanın 6 boksçusu finala vəsiqə qazanıb

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının yarımfinal mərhələsinin görüşləri keçirilib.

 

 Apasport.az saytının məlumatına görə, final uğrunda Azərbaycanın 7 boksçusu mübarizə aparıb.

 

Onlardan 6-sı sabah keçiriləcək finala vəsiqə qazanıb. Bir boksçumuz isə bürünc medalla kifayətlənib. 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyevin rəqibi özbəkistanlı Abdulxay Şaraxmatov olub. 1/4 finalda mərakeşli Taoufik Kaçfinı asanlıqla mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə üzülüb. Özbək idmançı 5:0 hesablı qələbə sayəsində finala yüksəlib. Əliyev isə bürünc medalla kifayətlənib.

 

75 kq çəki dərəcəsində yarışan Olimpiya mükafatçımız Kamran Şahsuvarlı, Teymur Məmmədov (91 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) isə finala yüksəliblər.

 

Qeyd edək ki, final görüşləri sabah saat 16:00-da başlayacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ