İslamiadada iştirak edən Səudiyyə Ərəbistanı idmançılarının şərəfinə ziyafət verilib

islamiadada istirak eden seudiyye erebistani idmancilarinin serefine ziyafet verilib

Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi Bakıda İslam Həmrəyliyi Oyunlarında iştirak edən Səudiyyə Ərəbistanı idmançılarının şərəfinə ziyafət təşkil edib.

 

APA-nın məlumatına görə, mərasimə İslamiadada iştirak edən idmançılar, o cümlədən xarici ölkələrin Azərbaycandakı diplomatik korpusunun nümayəndələri və digər qonaqlar qatılıb.

 

Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi prezidentinin müavini, şəhzadə Əldüblhəkim Əl Səud bildirib ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının həmrəyliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu oyunlar idman vasitəsilə müxtəlif müsəlman ölkələrini bir araya gətirib onları bu yarışlar ətrafında birləşdirir: “Azərbaycan "Bakı 2017"ni çox gözəl təşkil edib. Biz öz növbəmizdə Azərbaycana təşəkkür edirik. Belə yüksək səviyyədə təşkilatılıq İslam həmrəyliyi uğrunda bir addım sayılır. Düşünürük ki, bu cür oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi idman sahəsində də genişləndirəcək”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ