Azad Rəhimov: “Futboldakı uğurlarımız göz qabağındadı”

azad rehimov futboldaki ugurlarimiz goz qabagindadi

“Budapeştdə keçirilən Avropa ölkələrinin idman nazirlərinin iclasında 2 yeni konversiyaya imza atıldı. Onlardan biri idman yarışlarında zorakılıqla bağlıdı. Digərinə daha öncə, İsveçrədə imza atmışdıq. Bu, əsasən futbolda olan danışılmış oyunlara aiddi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Budapeştdə keçirilən Avropa ölkələrinin idman nazirlərinin iclasını faydalı hesab edən nazir bir gün öncə Milli Məclisdə antidopinq barədə qəbul olunan qərara da münasibət bildirib: “Bu, böyük bir irəliləyişdi. Bu günlərdə də Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılması gözlənilir”.

 

Rəhimov gələn il Bakıda keçiriləcək “Formula-1” yarışlarının keçirilmə tarixinin və adının dəyişməsi barədə də danışıb: “Bir gün öncə Beynəlxalq Avtomobil İdmanı Federasiyası yeni mövsümün təqvimini açıqlayıb. Buna əsasən, növbəti il Azərbaycanda ikinci dəfə Qran-pri keçiriləcək. Yenilik və dəyişiklik ondadı ki, ilk illə müqayisədə yarış Avropa Qran-prisi deyil, Azərbaycan Qran-prisi adlanacaq. Bizim üçün ikinci köməkedici məqam odu ki, yarış iyunun 25-də təşkil olunacaq. Bu o deməkdi ki, Bakıdakı mərhələ Le Man yarışı ilə üst-üstə düşməyəcək və idmansevərlərin bütün maraqları paytaxtımıza yönələcək”.

 

Nazir Azərbaycan prezidenti İlham Əliyevin yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin daha hansı yenilikləri gətirə biləcəklərindən də danışıb. O bildirib ki, bütün məqsədlər müəyyən olunub: “Əgər Rio-2016-da 18 medal qazanılıbsa, biz növbəti – Tokio Olimpiadasında ondan da çox medal qazanmalıyıq. Bu gün Milli Olimpiya Komitəsinin iclas zalında yeni seçkilər olub. Həndbol Federasiyasına yeni rəhbər seçilib. Bundan öncə Voleybol Federasiyasına da prezident seçkiləri olmuşdu. Bu gün futbolda da uğurlarımız göz qabağındadı. Ümumiyyətlə, bütün Azərbaycan idmanında böyük nailiyyətləri qurmalıyıq və bütün tələblərə uyğun idman siyasətini aparmalıyıq. Əsas məqsədimiz daha çox gənclərin idmana cəlb olunmasıdı. Bununla yanaşı, idman qurğularının qapılarının açıq olması və orda müasir səviyyədə işin təşkilidi”.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ