Azərbaycan London Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb

azerbaycan london yay olimpiya oyunlarinda daha bir medal qazanib

Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə olunub. Apasport.az saytının məlumatına görə, son illər yalnız əleyhimizə işləyən dopinq qalmaqalları bu dəfə yığmamız mükafat bəxş edib.

 

Özü də bu ən qalmaqallı idman növümüz olan ağırlıqqaldırmada rəsmiləşib. Buna London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairov imza atıb.

 

Yarışları 6-cı yerdə başa vuran 397 kq (182 kq + 215 kq) atlet sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından bunlardan birinin, yəni Zairovun “təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.

 

Londonda 5-ci olan iranlı Səid Məhəmmədpurkarkara isə çempion elan edilib. Bürünc mükafat isə koreyalı, Londonda 8-ci olan Min Jae Kimə nəsib olub. Bütün bunlara səbəb ilk “dördlük”də qərarlaşanların – İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova), Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) cəzalanması olub.

 

Bununla, London-2012-də qazanılan medalların sayı 11-ə çatıb. 2 qızıl, 2 gümüş və 6 bürüncü olan yığmamız ikinci yerlərinin sayını 3-ə çatdırıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:14 24 Avqust
09:05 24 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub
    Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil olun...
  • azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler
    Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğı...
azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0075
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ