Azərbaycanlı olimpiya çempionu hərbi xidmətə gedib

azerbaycanli olimpiya cempionu herbi xidmete gedib

Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov məşqlərini hərbi xidmətdə davam etdirir. Apasport.az saytının məlumatına görə, millimizdən imtina edən 24 yaşlı idmançı bu ildən Qazaxıstan ordusunda xidmətə başlayıb.

 

Rio-2016-nın qalibi olan həmyerlimiz digər Olimpiya çempionu Dmitri Balandinlə birgə Astana şəhərindəki hərbi hissədə qulluq edir. Olimpiya çempionlarının hərbi xidmətə yollanması da Almatıda xüsusi təmtəraqla olub. Bura sadə azarkeşlərlə yanaşı, idman ictimaiyyətinin nümayəndələri də toplanıblar.

 

Rəhimov hərbi qulluqda olsa da, silahla deyil, ştanqla daha çox təmasda olacaq. Belə ki, o, ordu sıralarında da formadan düşməməyə çalışacaq. Bir sözlə, əsgərlik onun məşq prosesinə mane olmayacaq.

 

Olimpiya çempionu Qazaxıstan ordusunun formasını geyinməsi ilə fəxr etdiyini də deyib: “Hər bir insan vətəninə xidmət etməlidi. Ordu hər bir kişinin keçməli olduğu məktəbdi. Mən hər bir zaman hərbi formanı geyinməyə hazıram və bununla qürur duyuram”.

 

Qeyd edək ki, idmançılara çağırış hələ Rio Olimpiadasından öncə gəlsə də, onlar təxminən 4 ay sonra hərbi xidmətə yollanıblar.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
09:24 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ