Bakı-2017: Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başlayıb

Bu gün “Boulevard” oteldə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, İHİF-in 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.

 
İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.
 
Koordinasiya komissiyasının ilk günü saat 16.00-da media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. 
 
Koordinasiya komissiyasının 2-ci günü isə müzakirə mərkəzində olacaq mövzular idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləridi.
 
Qeyd edək ki, Koordinasiya Komissiyasının 3-cü iclası İslam Oyunlarına 1 il qalmış, 12 may tarixdə baş tutmuşdu.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sahdag milli parkinda yangin bas verib sondurme isleri davam edir
    Şahdağ Milli Parkında yanğın baş verib, söndürmə işləri dava...
  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
erdogan almaniya xin rehberini keskin tenqid edib erdogan almaniya xin rehberini keskin tenqid edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ