Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı seminar keçiriləcək

bakida iv islam hemreyliyi oyunlari ile bagli seminar kecirilecek

Dekabrın 8-də IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Bakıda “Chef de Mission” seminarı öz işinə başlayacaq. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, tədbirə 50 ölkədən 71 iştirakçı qatılacaq.

 
2 gün davam edəcək seminara İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Saeed Abdulghaffar Hussein və ümumilikdə 6 nəfər nümayəndə iştirak edəcək. 
 
Tədbirin keçirilməsində əsas məqsəd İslamiadaya qatılacaq ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə   hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdı. Seminar çərçivəsində Əməliyyat Komitəsinin hər bir şöbəsi Oyunlar zamanı Milli Olimpiya Komitələrinə təklif edilən xidmətlər haqqında məlumatlar təqdim edəcək və nəticədə missiya rəhbərlərinin suallarına aydınlıq gətirəcəklər.
 
Seminarın ilk günü nəqliyyat, bilet satışı, təhlükəsizlik, açılış və bağlanış mərasimləri və digər mühüm mövzular müzakirə olunacaq. 
 
Seminarın ikinci günü isə missiya rəhbərləri idman arenalarına baxış keçirəcəklər. Nümayəndə rəhbərləri Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar. İdman arenalarına baxış tədbirin önəmli hissəsidi və hər bir arenada o arenada keçiriləcək idman yarışları üzrə menecerlər cəlb olunub. Hər bir iştirakçı ölkənin missiya rəhbəri özləri ilə gətirəcəkləri idmançıların hansı şəraitdə yarışacaqlarını və digər suallarına cavab ala biləcəklər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ