FHN əməkdaşları səmti müəyyən etmə üzrə respublika çempionatında yüksək nəticə göstəriblər

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatında yüksək nəticələr əldə edib.

 

FHN-in İdman-sağlamlıq klubunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilən yarışlarda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 18 komanda üzrə 350 idmançı mübarizə aparıb.

 

Çempionatın yekunlarına görə, K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis” İK) 6,0 km-11 CP məsafədə finiş xəttinə birinci çatıb. Alexander Misçenko (Ukrayna Səfirliyi) və Maksim Boholdin (“İrbis” İK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. 4,8 km-10 CP üzrə Q21 kateqoriyasında Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Ekaterina Yakovleva (“Neftçi”-1) gümüş, Yana Maşkova (“Dağçılıq” idman klubu-2) isə bürünc medal qazanıb.

 

Komanda hesabında isə “Dağçılıq” idman klubu-1 bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. “Neftçi” İK İB-2 komandası ikinci, “Dağçılıq” idman klubu-2 isə üçüncü olub.

 

Oktyabrın 18-də FHN-in İdman-sağlamlıq klubunda Dövlət Müstəqillik gününə həsr edilmiş tədbirdə klubun rəisi, polkovnik Fizuli Musayev çempionatda nəticə göstərmiş idmançılara təbriklərini çatdırıb, onlara qiymətli hədiyyələr təqdim edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ