İslamiada ilə bağlı diplomatik brifinq keçirilib

islamiada ile bagli diplomatik brifinq kecirilib

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Boulevard Hotel”də 60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib. Bakı-2017-dən apasport.az saytına verilən məlumata görə, brifinqdə diplomatik nümayəndəliklərə oyunların təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə məlumat verilib.

 

Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçiriləcək idman yarışları haqqında da məlumatlandırılıblar.

 

IV İslam Həmrəyliyi Oyunlarında gerçəkləşəcək son yeniliklər haqda danışan Bakı-2017-nin Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster bildirib ki, yarışa beynəlxalq aləmdə böyük həvəs və maraq olacaq: “Bu oyunlara marağın yaranmasında, onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Yarışla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır”.

 

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva milli olimpiya komitələrinin İslam Oyunlarında oynadığı rollar barədə danışarkən qeyd edib ki, IV İslam Həmrəyliyi oyunları zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edəcəyik”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ