IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri prezident və xanımına təqdim olunub

iv islam hemreyliyi oyunlarinin ilk biletleri prezident ve xanimina teqdim olunub

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına ilk biletlər Azərbaycan  prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Bakıda Novruz münasibətilə keçirilən ümumxalq yürüşündə təqdim olunub.  

APA-nın xəbərinə görə, “Bakı-2017” Əməliyyat Komitəsinin məlumatında bildirilir ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışına martın 19-da (bazar günü) start veriləcək. Bu münasibətlə “Gənclik Mall”da idmançı və ulduz səfirlərin - İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva, Hacı Nuranın və “Bakı-2017”nin talismanları “İncə” və “Cəsur”un iştirakı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrə qatılaraq bilet qazanmaq imkanı əldə edəcəklər.

 

Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edəcəklər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.

 

IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan VIII Baş Assambleyasında qəbul edilib. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır.

 

IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyasından keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://www.baku2017.com/az/p/media-akkreditasiyasi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ