MOK rəhbərliyində yer alacaq şəxslər müəyyənləşib

mok rehberliyinde yer alacaq sexsler mueyyenlesib

Milli Olimpiya Komitəsində (MOK) rəhbərlikdə yer alacaq digər şəxslər müəyyənləşib. MOK-dan apasport.az saytına verilən məlumata görə, bu gün keçirilən VII Baş Məclisdə növbəti 4 il üçün vitse-prezidentlər, baş katib, eyni zamanda, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının yeni üzvləri müəyyənləşib.

 

Öncə Təftiş Komissiyasının üzvləri seçilib. Buna 5 namizəd olub ki, Hicran Şərifov, Nazim Hüseynov, Firat Hüseynov, Lyudmila Şubina və Fərid Mansurovun namizədliyinə yekdilliklə səs verilib.

 

MOK-un İcraiyyə Komitəsinin üzvlüyünə İlham Əliyev, Mehriban Əliyeva, Rəfiqə Şabanova, Zemfira Meftahəddinova, Zərifə Salahova, Azad Rəhimov, Çingiz Hüseynzadə, Ağacan Abıyev, Sadıq Sadıqov, Namiq Abdullayev, Xəzər İsayev, Fuad Hacıyev və Nazim Hüseynovun namizədliyi də yekdilliklə qəbul olunub.

 

İcraiyyə Komitəsinin qərarına əsasən yeni heyətdə dəyişiklik olmayıb. Belə ki, Ağacan Abıyev yenə baş katib, Çingiz Hüseynzadə, Azad Rəhimov və Xəzər İsayev vitse-prezident vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, MOK-un prezidenti İlham Əliyev seçilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sahdag milli parkinda yangin bas verib sondurme isleri davam edir
    Şahdağ Milli Parkında yanğın baş verib, söndürmə işləri dava...
  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
erdogan almaniya xin rehberini keskin tenqid edib erdogan almaniya xin rehberini keskin tenqid edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ