Nazir müavini: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarına tam hazırdır”

nazir muavini azerbaycan islam hemreyliyi oyunlarina tam hazirdir

“IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək. Azərbaycan bu mötəbər idman yarışının keçirilməsinə tam hazırdır. Bizim bu sahədə təcrübəmiz var və biz başqa ölkələrə yenə nümunə olacağıq”.

 

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, hazırda 50-dən çox ölkə IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiqləyib: “İdmançılar, onların məşqçiləri, tibbi heyət də daxil olmaqla, 5000-ə yaxın insanın yarışlarda iştirakı gözlənilir. 20 sahədə 24 növ üzrə idman yarışları keçiriləcək. Oyunlar zamanı 16 idman obyekti və qurğusu idmançıların ixtiyarında olacaq. Bu idman obyektləri yeni deyil, onların hamısı I Avropa Oyunları zamanı inşa edilib və tam müasir standartlara cavab verir. Atletlər kəndi də fəaliyyət göstərəcək. IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün çox böyük maraq kəsb edir. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi artıq uğuru təmin edən məqamdır. Biz I Avropa Oyunları zamanı bunun şahidi olmuşuq”.
 
Nazir müavini prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının cəmiyyət tərəfindən müsbət qarşılandığını da vurğulayıb: “Bu gün Azərbaycan islam dünyasının ən aparıcı ölkələrindən biridir. Azərbaycan həm Qərbi, həm də Şərqi təmsil edir”.
 
Oyunlar üçün 12 mindən artıq gəncin könüllü kimi qeydiyyatdan keçdiyini söyləyən İ. Babayev onların arasından təxminən 8 min gəncin seçiləcəyini deyib. 
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ