Qəbələdə gənclər arasında atıcılıq növləri üzrə dünya kuboku keçiriləcək

qebelede gencler arasinda aticiliq novleri uzre dunya kuboku kecirilecek

Qəbələ. Elvin Yaqubov - APA. Sentyabrın 16-dan 23-dək Qəbələ rayonunda “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə olimpiya atıcılıq növləri üzrə gənclər arasında dünya kuboku yarışları keçiriləcək.

 

APA-nın yerli bürosunun xəbərinə görə Qəbələ rayonunun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil ediləcək yarışlarda 27 ölkədən 300-ə yaxın idmançının iştirakı ilə gözlənilir.

 

Atıcılığın bir neçə növü üzrə dünya kuboku uğrunda keçiriləcək yarışlarda 21 yaşadək olan gənc qız və oğlanlar mübarizə aparacaqlar. Hazırda beynəlxalq yarışa hazırlıq işləri görülür. İdmançıların və rəsmi qonaqların qarşılanması, yerləşdirilməsi üçün lazımi şərait yaradılıb.

 

Yarışın rəsmi açılış mərasimi sentyabrın 16-da olacaq.

 

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sahdag milli parkinda yangin bas verib sondurme isleri davam edir
    Şahdağ Milli Parkında yanğın baş verib, söndürmə işləri dava...
  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
erdogan almaniya xin rehberini keskin tenqid edib erdogan almaniya xin rehberini keskin tenqid edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ