Şəmkirdə su festvalı keçirilib

semkirde su festvali kecirilib

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu Şəmkirə çatıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  tur çərçivəsində Şəmkir su anbarı ətrafında tədbir keçirilib. Su mərasimi, şahmat və güləş həvəskarı Murad Namazov, boks üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Ramiz Yusifov və sərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirilib. 

 

Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri “Mirvari” rəqs qrupu, Vüqar Vəliyev, Xəyal Qasımovun ifasını dinləyib. Su effekti və atəşfəşanlıq olub.

 

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 23 aprel tarixində Mingəçevir şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ