“2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramı”nın yekununa həsr olunmuş tədbir keçirilib
Bakı – APA. Azərbaycanda “2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir ölkə şahmatının inkişafı ilə bağlı videoçarxla başlayıb.
Görüşdə iştirak edən Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov 5 ildə görülən işləri dəyərləndiriblər.
Öncə çıxış edən Azad Rəhimov bildirib ki, ölkəmizdə ən çox sevilən və uğur əldə edilən idman növlərindən biri şahmatdı. O, azərbaycanlı zəka sahiblərinin keçdiyi yoldan danışaraq, burada mərhum prezident Heydər Əliyevin danılmaz rolunu qeyd edib. Nazir deyib ki, həmin dövrdə ölkəmizdə 40-a yaxın beynəlxalq şahmat yarışları keçirilib.
Mikayıl Cabbarovun sözlərinə görə isə şahmat yeganə idman növüdü ki, biz onu dövlət səviyyəsində fənn kimi tədris edirik. O, söyləyib ki, şahmatla məşğul olanların çox az bir hissəsi karyerasını idmançı kimi davam etdirir: “Digərləri müəyyən sahələrdə işləyirlər və bu, onların qərar vermələrində mühüm rol oynayır”.
Elman Rüstəmov isə bildirib ki, Azərbaycanda şahmatın tarixi köklərinin olması heç kimdə şübhə yaratmır. O, proqramda 4 əsas hədəfin olduğunu vurğulayıb: “Bu idman növündə kütləvilik yaratmaq, strukturun inkişafına nail olmaq, milli kadrların yetişdirilməsi və beynəlxalq arenada Azərbaycanın nüfuzunu artırmaq prosesi uğurla həyata keçirildi. Bütün bunlar diqqət mərkəzimizdə olub və olacaq da. Bu dövrdə Avropa çempionatının bütün mükafatlarını, xüsusilə də, qızıl medalını 2 dəfə Bakıya gətirdik. Bakıda bir sıra nüfuzlu yarışlar keçirmişik. Çində bu günlərdə keçirilən yarışda Rauf Məmmədovla Şəhriyar Məmmədyarovun qələbəsini xüsusi qeyd edərdim. Artıq FİDE də bizə böyük inam ifadə edir. Məqsədimiz bu uğurları bundan sonra da davam etdirməkdi”.
Gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov Proqramın əhəmiyyətindən söz açaraq bildirib ki, ölkə şahmatında yeni səhifə açılıb. Azərbaycan millilərinin uğurları barədə danışan Abbasov bu illərdə gənclərə və yeniyetmələrə təkan verildiyini qeyd edib. O, məhz bu proqramın sayəsində yeni talantların üzə çıxdığını söyləyib: “Aşağı yaş qruplarında elə uşaqlar var ki, gələcəyin Teymuru, Şəhriyarı, Vüqarı ola bilərlər. Bizi harda görürlər, paxıllıq edirlər ki, sizin şəraitlə ancaq inkişaf etmək olar. Arzulayırıq ki, bu proqramın davamı olsun. Yüksək yerlərdəyik və daha da inkişaf edək”.
Hesabatda qeyd olunub ki, Proqram özünü tam doğruldub və Azərbaycan FİDE-yə daxil olan 180-ə yaxın ölkə arasında yeganə ölkədi ki, şahmatın inkişafı üçün xüsusi Dövlət Proqramı var. Əsas məqsədin qarşıdakı olimpiadada inamla çıxış etmək olduğu vurğulanıb.
BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR
22.04.2018
Bu gün “Shamkir Chess 2018”-də IV turun görüşləri keçiriləcək19.04.2018
“Shamkir Chess 2018” turnirinə start verilib - NƏTİCƏLƏR18.04.2018
“Shamkir Chess 2018” turnirinin açılış mərasimi keçirilib18.04.2018
Kirsan İlyumjinov Şəmkirə gəlir10.04.2018
FİDE prezidenti: “İstefamı kimsə görməyəcək”09.04.2018
FİDE Prezident Şurası təşkilatın hazırkı prezidentinin dərhal istefasını tələb edib28.03.2018
“Vüqar Həşimov Şahmat Akademiyası”nın yeni filialı fəaliyyətə başlayıb28.03.2018
Şəhriyar Məmmədyarov: “Azərbaycanlı olsam da, mənə yox erməniyə olan dəstəyi də gördüm”28.03.2018
Məmmədyarov İddiaçılar Turnirini ikinci pillədə başa vurub26.03.2018
Şəhriyar Məmmədyarov iddiaçılar turnirinin XIII turunda qalib gəlib25.03.2018
Şəhriyar Məmmədyarov iddiaçıların turnirində Liren Dinqə məğlub olub21.03.2018
Şəhriyar Məmmədyarov iddiaçıların turnirində növbəti dəfə heç-heçə oynayıb19.03.2018
Məmmədyarov iddiaçılar turnirinin VII turunda heç-heçəyə razılaşıb13.03.2018
FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb11.03.2018
Şəhriyar Məmmədyarov iddiaçılar turnirin ilk turunda qələbə qazanıb12.02.2018
Yığmamız Avropa çempionatına 34 şahmatçı ilə gedir31.01.2018
Şəhriyar Məmmədyarov dünya reytinqində ikinci pilləyə yüksəlib26.01.2018
Fövqəladə Hallar Nazirliyinin çempionatına yekun vurulub01.01.2018
Şəhriyar Məmmədyarov FİDE reytinqinə əsasən üçüncü yerdə qərarlaşıb21.12.2017
Yığmamızın üzvləri 2 milyon dollarlıq yarışa qatılır30.11.2017
Şəhriyar Məmmədyarov dünya reytinqində üçüncü pilləyə yüksəlib08.11.2017
Prezident: “Şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını dünyaya bir daha nümayiş etdirdilər” - YENİLƏNİB08.11.2017
Azərbaycan Şahmat Federasiyasına 1 milyon manat ayrılıb08.11.2017
Qədir Hüseynov: “Gümüş və bürünc medal bizim üçün uğursuzluq olardı”07.11.2017
Emil Sutovski: “Bakılıların qələbəsi məni çox təəccübləndirmədi”07.11.2017
Azərbaycan millisi 3 dəfə Avropa çempionu olan 3-cü komandadır06.11.2017
Azərbaycanın şahmat yığması Avropa çempionu olub05.11.2017
Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyə yüksəlib03.11.2017
Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistanı məğlub edib31.10.2017
Teymur Rəcəbov reytinq siyahısında geriləyib24.10.2017
Məşhur şahmatçılara “Vüqar Həşimov adına mükafat” təqdim olunacaq31.08.2017
FİDE yeni reytinq cədvəlini açıqlayıb07.08.2017
Azərbaycan Almaniya ilə yoxlama oyunu keçirəcək31.05.2017
Azərbaycanlı qrossmeyster FİDE reytinqində 5-ci yerə yüksəlib30.04.2017
“Shamkir Chess 2017”nin qalibi müəyyənləşib21.04.2017
“Shamkir Chess-2017” turnirinə start verilib21.04.2017
Azərbaycan prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB21.04.2017
Vüqar Həşimovun xatirə turniri başlayır31.03.2017
FİDE yeni reytinq cədvəlini açıqlayıb27.03.2017
Kirsan İlyumjinov FİDE prezidentliyindən istefa verməsi barədə məlumatı təkzib edib - YENİLƏNİB04.03.2016
Azad Rəhimov: “Bakı Şahmat Olimpiadası möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək”15.03.2016
Çinli Xou İfan şahmat üzrə dünya çempionatının qalibi titulunu qazanıb30.03.2016
FİDE rəsmiləri Bakıya gəlir17.02.2016
Bakıda keçiriləcək Şahmat Olimpiadasının vaxtı dəyişdirilib01.02.2016
Şəhriyar Məmmədyarov reytinq siyahısında geriləyib26.01.2016
Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib




