Almaniyalı şahmatçının Azərbaycan millisində oynaması rəsmiləşib

Bakı – APA. Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avqust üçün müəyyənləşən “Top-100”də 3 Azərbaycan şahmatçısı yer alıb.

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdu. Ötən ayla müqayisədə 1 pillə geriləyən qrossmeysterimiz ilk “20-liyi” qapayır. Onun aktivində yenə 2738 xalı var.

 

Rəcəbovdan fərqli, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Aktivində 2735 reytinq xalı olan şahmatçımız yenə 22-cidi.

 

FİDE avqustdan Arkadi Naydiçin də yığmamızda iştirakına rəsmən icazə verib. Bunadək Almaniyanı təmsil 30 yaşlı qrossmeyster beynəlxalq qurumun yeni açıqladığı reytinq siyahısında da məhz Azərbaycan millisinin üzvü kimi təqdim olunub. Aktivində 2685 xalı olan Latviya əsilli şahmatçı 56-cı pillədə qərar tutub.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2853 xala malikdi. İkinci yeri Vişvanatan Anand (2816, Hindistan), üçüncü pilləni isə Veselin Topalov (Bolqarıstan, 2816) tutur.

 

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287