Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib

Bakı-APA. Milli Gimnastika Arenasında  42-ci Ümumdünya Şahmat Olimpiadasının  təntənəli bağlanış mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət rəsmiləri iştirak ediblər.

 

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra qaliblər mükafatlandırılıb. Mərasimdə qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.

 

Çıxışlardan sonra FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib.

 

Daha sonra 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək Batumi şəhəri ilə bağlı videoçarx nümayiş olunub.

 

Mərasim Gürcüstanın “Kaxaberi and Xanums” musiqi qrupunun və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin çıxışı ilə davam edib.

 

Qeyd edək ki,  sentyabrın 2-dən start götürən və Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşən Olimpiadada 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.

 

Qeyd edək ki, kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb.   Ukrayna  ikinci yeri, Rusiya millisi isə üçüncü yeri tutub. Azərbaycanın əsas komandası 15 xalla yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

 

Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ