Ermənistan yığması Bakıya gəlməyə bilər

ermenistan yigmasi bakiya gelmeye biler

Bakı – APA. Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə bağlı hələlik yekun qərar verməyib. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mikael Andreasyan açıqlama verib.

 

Bununla bağlı müzakirələrin getdiyini və bu səbəbdən sifariş ərizəsini göndərməyə tələsmədiklərini deyən Andreasyanın sözlərinə görə, hər şey yekun qərardan asılı olacaq: “Biz iyulun 30-dək iştirakımızı təsdiqləyə bilərik. Ola bilsin, bu gün də qərar verilsin”.

 

Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan isə bir müddət öncə Bakıya gəlib-gəlməyəcəklərini şahmatçıların son durumundan asılı olacağını vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan tərəfi sentyabrın 1-14-də paytaxtımızda keçiriləcək Olimpiadada ermənilərin təhlükəsizliyi ilə bağlı təminat verib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qezada xesaret alanlarin kimliyi melum olub yenilenib
    Bakıda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏN...
  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301