FİDE yeni reytinq siyahısını açıqlayıb

fide yeni reytinq siyahisini aciqlayib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, fevral üçün müəyyənləşən 100 ən güclü arasında Azərbaycan qrossmeysterlərinin sayı dəyişməz qalıb.

 

Top-100-də yer alan 5 şahmatçımızdan ən yaxşı nəticə son aylar olduğu kimi, yenə  Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ayla müqayisədə 2 pillə irəliləyən həmyerlimiz 11-ci yerə yüksəlib. O, 2766 reytinq xalına malikdi.

 

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2710) isə geriləməkdə davam edir. Yanvarda oyun keçirməyən həmyerlimiz 35-ci pilləyə enib.

 

Rauf Məmmədov (2688) da mövqeyini yaxşılaşdırıb. O, rəqiblərinin geriləməsi səbəbindən 53-cüdü (+1). Ondan fərqli, Eltac Səfərli (2680) geriləyib. Qrossmeysterimiz yeni siyahıda 5 pillə aşağı endiyindən 60-cıdı. Səfərli bu il keçirdiyi 16 matçda 6 xal itirib.

 

Milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2702) də mövqeyini itirənlər sırasındadı. Latviya əsilli zəka sahibimiz 1 rəqibini özündən irəli buraxdığından 42-ci yerə enib.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2838) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2827) ikinci olduğu cədvəldə Vladimir Kramnik (Rusiya, 2811) “üçlük”dən kənar qalıb. O, yerini Uelsli Soya (ABŞ, 2822) təhvil verib.

 

Qadınların cədvəlində ən güclülər arasında Azərbaycan təmsilçilərindən yenə Gülnar Məmmədova yer alıb. 2 pillə irəliləyən həmyerlimiz 2401 reytinq xalı ilə 62-ci pillədədi. Bu siyahıya isə çinli Yifan Hou (2651) başçılıq edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ