Fövqəladə Hallar Nazirliyinin çempionatına yekun vurulub

fovqelade hallar nazirliyinin cempionatina yekun vurulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) stolüstü tennis üzrə keçirdiyi çempionat bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan 2 günlük yarışda 19 komandanın 60-a yaxın idmançısı gücünü sınayıb.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında dairəvi sistemlə təşkil olunan çempionatda həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyənləşib.

 

Belə ki, komanda hesabında Dövlət Yanğından Mühafizə Xidməti birinci yeri tutub. İkinci pillədə Xüsusi Riskli Xilasetmə Xidmətinin tennisçiləri qərarlaşdıqları halda, “üçlüy”ü Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qapayıb.

 

Şəxsi yarışlarda Emil Britvin (Mülkü Müdafiə Qoşunları) qızıl medala layiq görülüb. O, finalda Səfər Quliyevdən (Şimal-qərb RM) güclü olub. Üçüncü yeri isə Faiq Nəcəfli (FHN Akademiyası) tutub.

 

Mükafatçılara medal və qiymətli hədiyyələr verilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ