Harri Kasparov FİDE prezidenti olmaq üçün rüşvət verməkdə ittiham olunur

harri kasparov fide prezidenti olmaq ucun rusvet vermekde ittiham olunur

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ hüquq-mühafizə orqanlarının şahmat dünya çempionu Harri Kasparovu cinayət məsuliyyətinə cəlb etməsi üçün hüquqi əsas yaranıb.

 

APA-nın "R-Sport"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının Rusiya üzrə nümayəndəsi Berik Balqabayev bildirib.

 

Onun sözlərinə görə, nəzəri cəhətdən Rusiya cinayət araşdırmasına təşəbbüs göstərə bilməz, çünki iş üzrə fakt ilk olaraq “New-York Times”də yer alıb: “Kasparovla amerikalılar məşğul ola bilərlər. Çünki Kasparov ABŞ-da yaşayır və düşünmürəm ki, Rusiya hüquq-mühafizə orqanları təşəbbüs irəli sürsün”.

 

Xatırladaq ki, Dünya Şahmat Federasiyasının (FİDE) saytında verilən məlumata görə, Harri Kasparov və federasiyanın keçmiş baş katibi, sinqapurlu İqnatius Leonq təşkilatın əxlaq kodeksini pozmaqda təqsirli bilinirlər. FİDE tərəfindən aparılan araşdırmanın nəticəsinə əsasən aydın olub ki, federasiya rəhbərliyinə ötən il keçirilən seçkilərdən qabaq bu vəzifəyə yiyələnmək istəyən H. Kasparov və o zamankı baş katib İ.Leonqla razılaşma imzalayıb.

 

H. Kasparov baş katibə ona səs verməsi üçün 500 min dollar ödəyib. Lakin seçkiləri uduzub, təşkilatın prezidenti vəzifəsinə təkrar Kirsan İlyumjinov seçilib.

 

Onlara qarşı ittiham FİDE-nin Əbu-Dabidə keçirilən konqresi zamanı irəli sürülüb. Etika komissiyası yaxın vaxtlarda hər iki şəxsi təşkilatın rəsmi tədbirlərinə qatılmaq hüququndan məhrum edə və onlara pul cəriməsi tətbiq edə bilər.

 

Dünya Şahmat Olimpiadasının 8 qat qalibi, 11 şahmat “Oskar”ının sahibi H. Kasparov 2005-ci ildə şahmat karyerasının başa vurub və siyasi fəaliyyətə başlayıb. O, Rusiyada bir sıra müxalifət hərəkatlarında iştirak edib. 

 

H. Kasparov Bakıda doğulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
  • bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub
    BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub...
bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295