Marneulidə məşhur şahmatçı Nona Qaprindaşvili azərbaycanlı gənclərlə görüşüb

Marneuli. Nizami Məmmədzadə-APA. İyulun 29-da şahmat üzrə beş qat dünya çempionu, qrossmeyster Nona Qaprindaşvili Marneuli Gənclər Mərkəzində (MGM) olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, MGM-də dünya çempionu ilə azərbaycanlı gənclərin görüşü keçirilib.

 

Tədbirdə Nona Qaprindaşvili gənc azərbaycanlı şahmatçılara şahmat sahəsində əldə etdiyi təcrübələr haqqında danışıb.

 

Dünya çempionu sonda Marneuli Gənclər Mərkəzinin şahmat klubunun üzvlərinə ustad dərsi keçib. Görüşün sonunda ən yaxşı oyun nümayiş etdirən 3 gənc şahmatçı mükafatlandırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287