Şəhriyar Məmmədyarov dünya çempionatında 4-cü yer tutub

sehriyar memmedyarov dunya cempionatinda 4 cu yer tutub

Qatarın paytaxtı Dohada şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub.

 

Apasport.az saytının məlumatına görə, 15 turdan ibarət olan mötəbər yarışda Azərbaycan 5 zəka sahibi ilə təmsil olunub.

 

Şahmatçılarımızdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. Son tura qədər mükafatçılar sırasına düşmək şansını saxlayan “Şah” həlledici matçda Maqnus Karlsenə məğlub olub.

 

Bu isə təmsilçimizin 10 xalla 4-cü olması ilə nəticələnib.

 

Dünya çempionu isə ukraynalı Vasili İvançuk olub. İkinci yeri rus Aleksandr Qrişuk, üçüncülüyü isə Maqnus Karlsen qazanıb. Mükafatçıların hər biri 11 xal toplasa da, sıralama əlavə əmsallara görə formalaşıb.

 

Qeyd edək ki, çempionatdakı digər təmsilçilərimiz, Rauf Məmmədov 8.5 xalla 27-ci, Teymur Rəcəbov 8 xalla 36-cı, Arkadi Naydiç 8 xalla 45-ci, Sərxan Həşimov isə 6 xalla 88-ci olub. Mundialda isə ümumilikdə 106 şahmatçı mübarizə aparıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ