Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin qalıibi olub

sehriyar memmedyarov vuqar hesimovun xatiresine hesr olunan turnirin qaliibi olub

Bakı-APA. Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirində sonuncu – IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yekun turu təmsilçilərimiz üçün uğurla nəticələnib.

 

Belə ki, milli komandamızın lideri Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Qiriyə qalib gələrək liderliyə yüksəlib.

 

Digər şahmatçılarımızdan Rauf Məmmədov çinli Hou Yifana, Eltac Səfərli isə Hindistan təmsilçisi Pentala Harikrişnaya qalib gəlib. Teymur Rəcəbov isə ənənəsinə sadiq qalaraq ukraynalı Pavel Elyanovla sülhə razılaşıb.

 

Son tura qədər turnirin lideri olan Fabiano Karuana isə Sergey Karyakinlə heç-heçə oynayaraq Şəhriyar Məmmədyarovla tay-brek oynamalı olub.

 

Liderlər arasındakı ilk iki partiya rapid matçı hərəyə bir qələbə ilə başa çatıb. Blits matçlarında isə millimizin lideri qalib gəlib - 2,5:1,5.

 

ShamkirChess 2016

IX tur

4 iyun

 

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Aniş Qiri (Hollandiya, 2790) – 1:0

Sergey Karyakin (Rusiya, 2779) - Fabiano Karuana (ABŞ 2804) – 0,5:0,5

Pentala Harikrişna (Hindistan, 2763) - Eltac Səfərli (Azərbaycan, 2664) – 0:1

Pavel Elyanov (Ukrayna, 2765) - Teymur Rəcəbov (Azərbaycan, 2726) – 0,5:0,5

Hou Yifan (Çin, 2663) - Rauf Məmmədov (Azərbaycan, 2655) – 0:1

 

Yekun cədvəl

Şəhriyar Məmmədyarov, Fabiano Karuana – 6; Qiri – 5,5; Karyakin – 5; Rauf Məmmədov – 4,5; Harikrişna, Rəcəbov, Səfərli – 4; Elyanov – 3,5; Hou Yifan – 2,5

 

Tay breklər

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Fabiano Karuana (ABŞ 2804) - 2,5:1,5 (1:1 iki partiya rapid, 1,5:0,5 iki partiya blits)

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ