Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE-nin reytinq cədvəlində geriləyiblər

sehriyar memmedyarovla teymur recebov fide nin reytinq cedvelinde gerileyibler

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə 6 Azərbaycan qrossmeysteri yer alıb.

 

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Lakin qrossmeysterimiz ötən ayla müqayisədə 3 pillə geriləyib - 14-cü yer. O, 2762 reytinq xalına malikdi.

 

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2696) da mövqeyini əldən verib. 14 reytinq xalı itirən təmsilçimiz 8 rəqibini özündən irəli buraxmaqla, 44-cü yerə enib.

 

Yığmamızın liderlərindən fərqli, Rauf Məmmədov (2684) və milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2686) yerlərini yaxşılaşdırıblar. Birinci 6 pillə irəliləməklə 57-ci pilləyə qalxıbsa, Latviya əsilli zəka sahibimiz 3 rəqibini qabaqlamaqla 55-ci yerə qalxıb.

 

Komandamızın digər üzvü - Eltac Səfərli (2694) isə mövqeyini qoruyub. Həmyerlimiz yenə 46-cıdı.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2853) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2823) ikinci olduğu cədvəldə Maksim Vaşye-Laqrav (Fransa, 2811) “üçlüyü” qapayır.

 

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçilərindən yalnız Günay Məmmədzadə yer alıb. 2371 reytinq xalına malik şahmatçı 94-cü yerdədi. Bu siyahıya isə çinli Yifan Hou (2635) başçılıq edir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ