“Shamkir Chess 2016” turnirində VIII turun oyunları keçirilib

shamkir chess 2016 turnirinde viii turun oyunlari kecirilib

Bakı-APA. Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirində növbəti turun matçları keçirilib.

 

Apasport.az saytının məlumatına görə, yarışın VIII oyun günündə Azərbaycan şahmatçıları üçün uğurlu olub.

 

Belə ki, Şəhriyar Məmmədyarov turnirin reytinq-favoriti və lideri Fabiano Karuana ilə oyundan qalib ayrılıb.

 

Heç-heçələri sıralayan və riskə getməyi sevməyən Teymur Rəcəbov Pentala Harikrişna ilə görüşdə də ənənəsinə sadiq qalıb.

 

Eltac Səfərli də dünya çempionluğuna iddialı Sergey Karyakinə uduzmayıb. Digər təmsilçimiz Rauf Məmmədovun rəqibi isə autsayder Pavel Elyanov olub ki, bu qarşılaşma da sülhlə nəticələnib.

 

 

ShamkirChess 2016

3 iyun

VIII tur

 

Aniş Qiri (Hollandiya, 2790) - Hou Yifan (Çin, 2663) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2655) - Pavel Elyanov (Ukrayna, 2765) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan, 2726) - Pentala Harikrişna (Hindistan, 2763) - 0,5:0,5

Eltac Səfərli (Azərbaycan, 2664) - Sergey Karyakin (Rusiya, 2779) - 0,5:0,5

Fabiano Karuana (ABŞ, 2804) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - 0:1

 

Turnir cədvəli: Karuana, Qiri – 5,5 xal; Məmmədyarov – 5, Karyakin - 4.5;  Harikrişna – 4; Rəcəbov, Məmmədov - 3,5; Səfərli, Elyanov – 3; Yifan – 2,5.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:12 23 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida cerime meydancasinda avtomobiller qaret edilib
    Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
  • naxcivanda hucum teyyareleri telim ucuslari kecirib
    Naxçıvanda hücum təyyarələri təlim uçuşları keçirib...
naxcivanda hucum teyyareleri telim ucuslari kecirib naxcivanda hucum teyyareleri telim ucuslari kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0003
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ