Stolüstü Tennis Federasiyasının idman kompleksi fəaliyyətə başlayıb

Bu gün Sumqayıt şəhərində dənizkənarı Bulvar ərazisində açılmış Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) idman kompleksinə baxış keçirilib.

 

Federasiyadan APA-ya verilən məlumata görə, tədbirdə ASTF-nin prezidenti, iqtisadiyyat naziri Şahin Mustafayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

 

Müasir idman kompleksi yüksək səviyyəli idmançıların, milli yığma komanda üzvlərinin hazırlanması, müxtəlif yaş qrupları arasında respublika və beynəlxalq səviyyəli təlim-məşq toplantılarının və yarışlarının yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 6000 kv.m. olan kompleksə ixtisaslaşdırılmış stolüstü tennis zalı, 2 müasir süni örtülü mini futbol meydançası və inzibati bina daxildir.

Stolüstü tennis zalında hər biri 2 saat olmaqla 4 məşq keçirilə bilər. Məşq prosesi üçün zalda 25-ə qədər tennis stolu yerləşdirmək mümkündür ki, bu da bir məşqçiyə 50 yeniyetmə idmançı ilə məşq etmək imkanı yaradır. Ümumilikdə gün ərzində 200-dən çox tennisçi kompleksdən istifadə edə bilər.
 

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis üzrə yığma komandası hər il Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış edir, ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirirlər. İdmançılarımız 2015-ci ildə beynəlxalq turnirlərdə 3 qızıl, 2 gümüş və 3 bürünc medal, 2016-cı ilin beynəlxalq yarış və çempionatlarda 2 gümüş və 3 bürünc medal, 2017-ci il fevral ayında beynəlxalq yarış və çempionatlarda isə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Azərbaycanda stolüstü tennisin inkişafı istiqamətində görülən işlər nəticəsində dünya üzrə komanda reytinqində qadınlardan ibarət komandamız 2017-ci ildə 39 pillə irəliləyərək 43-cü, yeniyetmə qızlardan ibarət komandamız 56 pillə irəliləyərək 14-cü yerə yüksəlib. Oğlanlardan ibarət komandamız isə 64-cü (26 pillə irəliləyib), yeniyetmə oğlanlardan ibarət komandamız isə 13-cü (75 pillə irəliləyib) yerdə qərarlaşıb.

 

Bu gündən istifadəyə verilən kompleks stolüstü tennisin kütləviliyinin, uşaq və gənclərin idmana marağının artırılmasında, asudə vaxtın səmərəli təşkilində və sağlamlığın daha da möhkəmlənməsində və ümumilikdə idmanın inkişafında əhəmiyyətli olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ