Tennis Federasiyasının baş katibi: “Bizdə beynəlxalq dərəcəli hakim yoxdur”

tennis federasiyasinin bas katibi bizde beynelxalq dereceli hakim yoxdur

Bakı – APA. “Bu hakimlərin bizə heç bir aidiyyatı yoxdu. Mən belə hakim tanımıram, heç adlarını da eşitməmişəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev deyib.

 

Federasiya rəsmisi Ukrayna mətbuatında azərbaycanlı hakimlərin ömürlük diskvalifikasiya olunması ilə bağlı xəbərini təkzib edib. Onun sözlərinə görə, Beynəlxalq Tennis Federasiyasının vəzifəsindən sui-istifadə etdiyi üçün ömürlük hakimlikdən uzaqlaşdırdığı Şirzad Həsənov və Arxip Molotyaqinin Azərbaycan Tennis Federasiyasına heç bir aidiyyatı yoxdu: “Bizim federasiyada heç beynəlxalq dərəcəli hakim yoxdu. Bu səbəbdən də mötəbər yarışlarda heç bir ədalət təmsilçimiz iştirak etmir. Referilərimiz milli dərəcəlidi. Bir daha təkrar edirəm ki, bu adamlar heç vaxt bizdə qeydiyyatda olmayıblar. Biz heç vaxt bukmekerlə işləyən insanı federasiyamıza götürmərik”.

 

Bəzi mənbələr onları Azərbaycan təmsilçisi kimi göstərsələr də, onların özbəkistanlı olduğu da iddia edilir.

 

Qeyd edək ki, Həsənovla Molotyaqin təxminən 1 il əvvəl İsraildə keçirilən turnir zamanı bir sıra fırıldaqlara əl atıblar. Oyunun gedişində hesabı internetə canlı ötürən ədalət təmsilçiləri dəfələrlə bu addımı yubadıblar. Onlarla əlbir olan, matç zamanı tribunada əyləşən, həmçinin nəticədən xəbəri olan fırıldaqçılar bukmeker kontorlarında canlı pul qoyuluşu etməklə böyük məbləğdə paralar qazanıblar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ