Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində II turun oyunları keçirilib

vuqar hesimovun xatiresine hesr olunan shamkir chess 2015 turnirinde ii turun oyunlari kecirilib

Bakı-APA. Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirində II turun oyunları keçirilib.

 

Apasport.az saytının məlumatına görə, ənənəvi yarış Azərbaycan derbisi ilə əlamətdar olub.

 

Bir vaxtlar millimizin lideri olan, ancaq son aylar “kölgə”yə çəkilən Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib.

 

Digər təmsilçilərimizdən Şəhriyar Məmmədyarov hindistanlı Pentala Harikrişnaya məğlub olub. Eltac Səfərli Hou Yifanla xalları yarı bölüb. Hər 2 təmsilçimiz “qara fiqurlar”la mübarizə aparıb. 

 

 

ShamkirChess 2016

27 may

II tur

Aniş Qiri (Hollandiya, 2790) – Sergey Karyakin (Rusiya, 2779) - 1:0

Pentala Harikrişna (Hindistan, 2763) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - 1:0

Pavel Elyanov (Ukrayna, 2765) - Fabiano Karuana (ABŞ, 2804) - 0:1

Hou Yifan (Çin, 2663) – Eltac Səfərli (Azərbaycan, 2664) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2655) – Teymur Rəcəbov (Azərbaycan, 2726) - 0,5:0,5

 

Qeyd edək ki, ilk turda bütün oyunlar heç-heçə başa çatıb.

 

Turnir cədvəli

 

1. Fabiano Karuana – 1,5

2. Pentala Harikrişna – 1,5

3. Aniş Qiri – 1,5

4. Teymur Rəcəbov – 1

5. Hou Yifan – 1

6. Rauf Məmmədov – 1

7. Eltac Səfərli – 1

8. Sergey Karyakin – 0,5

9. Şəhriyar Məmmədyarov – 0,5

10. Pavel Elyanov – 0,5

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qezada xesaret alanlarin kimliyi melum olub yenilenib
    Bakıda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏN...
  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301