Azərbaycan hakim Çempionlar Liqasının finalını idarə edə bilər

azerbaycan hakim cempionlar liqasinin finalini idare ede biler

Bakı – APA. Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat gəlib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) təcrübəli həmyerlimizi məsul oyuna təyin edib.

 

Belə ki, Əliyev kişi voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı idarə edəcək 4 hakimdən biri olacaq. Bu isə Azərbaycan voleybol tarixində ilkdi. Çünki indiyədək belə mötəbər turnirin həlledici oyunlarında azərbaycanlı referi olmayıb.

 

CEV İtaliyanın paytaxtı Romada keçiriləcək həlledici oyunlar üçün Əliyevlə yanaşı, Ərdal Əkinçi (Türkiyə), Blaz Markelj (Sloveniya) və Vladimir Simonoviçə (Serbiya) dəvət göndərib. Bu hakimlərin hansının hansı oyunu idarə edəcəyi isə qarşılaşmalar ərəfəsi açıqlanacaq.

 

Yarımfinalda əsas referilərin final və ya 3-cü yer uğrunda matçda ikinci hakim olması gözlənilir. Bu səbəbdən də təmsilçimizin yarımfinalda olacağı dəqiqdi. Onun finalda olması həmin idarəçilikdən asılıdı.

 

Qarşılaşmalar aprelin 29-30-da olacaq. Hələlik ev sahibi “Peruca”nın “Dördlər finalı”nda iştirakı rəsmiləşib. 6 komanda isə 1/3 finalda digər 3 komandanı müəyyənləşdirəcək.

 

Qeyd edək ki, Əliyev bu mövsüm Çempionlar Liqasında 5 matç idarə edib. O, kişilərin yarışında “Noliko” (Belçika) – “Zaksa” (Polşa), “Halkbank” (Türkiyə) – “Peruca” (İtaliya), qadınların mübarizəsində “Vakıfbank” (Türkiyə) – “Dresdner” (Almaniya) və “Uraloçka” (Rusiya) – “Vakıfbank” (Türkiyə) görüşlərində ikinci hakim olub. Bu matçların hamısı qrup mərhələsinə təsadüf edib. Həmyerlimiz həmçinin kişi komandaları arasında 1/6 final mərhələsi çərçivəsində baş tutan “Arkas” (Türkiyə) – “Dinamo” (Rusiya, Moskva) əsas referi funksiyasını yerinə yetirib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:07 21 Sentyabr
18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kecirilecek finalin deqiq tarixi melum olub yenilenib
    Bakıda keçiriləcək finalın dəqiq tarixi məlum olub - YENİLƏN...
  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ