İsveçrədə qar polosu üzrə dünya kubokunun açılışı olub

Yanvarın 27-də İsveçrənin Sankt Moritz şəhərində 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılışı olub.


APA-nın məlumatına görə, kubok çərçivəsində həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.

 

Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarda Azərbaycanı təqdim edən “Land of Fire” loqotipi istifadə edilib.

 

Yarışların ikinci günündə qonaqlar üçün təşkil olunacaq “Baku Moritz” gecəsində isə qonaqlara Azərbaycan Kulinariya Mərkəzi tərəfindən hazırlanan milli mətbəximizin, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə musiqi proqramının təqdimatı olacaq.

 

Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Polo Federasiyası tərəfindən keçiriləcək növbəti Polo üzrə Avropa çempionatı Qəbələ şəhərində təşkil olunacaq.

 

Xatırladaq ki, 2015-ci ildə Arena Polo üzrə birinci Avropa Çempionatı və 2013, 2014 və 2016-cı illərdə Arena Polo üzrə Dünya Kuboku Bakıda keçirilib. Azərbaycan Milli komandası Avropa Çempionatında qızıl medala layiq görülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ