Voleybol üzrə növbəti Avropa çempionatının püşkü atılıb

voleybol uzre novbeti avropa cempionatinin pusku atilib

2019-cu ildə qadın və kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün Lüksemburqda baş tutan mərasimdə 50 komandanın rəqibləri məlum olub.

 

26 kişi və 24 qadın yığması 2 ildən sonra təşkil olunacaq qitə birinciliyinə vəsiqələr uğrunda mübarizəyə start veriləcək. Ölkəmiz bu mərhələdə yalnız kişilərlə təmsil olunacaq.

 

Çünki Azərbaycan və Gürcüstanda keçirilən qadınlar arasında son Avropa çempionatında 4-cü yeri tutaraq, Avro-2019-da iştirak hüququ qazanan Faiq Qarayevin yetirmələri bu seçmə oyunlara qatılmayacaq. Yığmamız kimi, Serbiya, Hollandiya, İtaliya, Rusiya, Belarus, Almaniya və Bolqarıstan da Avro-2017-nin yekunlarına əsasən növbəti turnirdə çıxış edəcək. Türkiyə, Polşa, Macarıstan və Çexiya isə həmin yarışda meydan sahibi kimi mübarizə aparacaq.

 

İlk dəfə 24 komandanın iştirakı ilə keçiriləcək Avropa çempionatının 12 iştirakçısı məlumdusa, digərləri bu günki püşkün nəticəsinə əsasən baş tutacaq oyunlarda müəyyənləşəcək. Bu 12 yerə 24 komanda iddia edir.

 

Gələn ilin avqustunda start götürəcək seçmə mərhələdə 6 qrupa bölünən millilər ev-səfər prinsipi ilə yarışacaqlar. Hər qrupda ilk 2 yeri tutacaq komanda Avro-2019-a yüksələcək.

 

A qrupu: Belçika, İsrail, Sloveniya, İslandiya

B qrupu: Xorvatiya, İsveçrə, Avstriya, Albaniya

C qrupu: Ukrayna, Monteneqro, Yunanıstan, Norveç

D qrupu: Fransa, Portuqaliya, Gürcüstan, Danimarka

E qrupu: Slovakiya, Finlandiya, Estoniya, İsveç

F qrupu: Rumıniya, İspaniya, Latviya, Bosniya və Herseqovina

 

Kişilərdən ibarət komandamız isə püşkün nəticəsinə əsasən G qrupunda yer alıb. Fərid Cəlalovun yetirmələri Yunanıstan, İsveç və Lüksemburqla mübarizə aparacaq. Voleybolçularımızın son illərdə İsveçlə başabaş oynadığını nəzərə alsaq, təmsilçimizin skandinaviyalılarla ikinci yer uğrunda mübarizə aparacağını proqnozlaşdırmaq olar. Yunanıstanın favorit olduğu qrupdan Azərbaycan da çıxa bilsə, bu, komandamızın tarixinə ilk kimi düşəcək. Çünki qadın voleybolçulardan fərqli, kişilər final mərhələsinə həsrət qalıblar.

 

Bu raundda çıxış edəcək millimiz rəqibləri ilə ev və səfərdə qarşılaşacaq.

 

Seçmə mərhələdə mübarizə aparacaq 26 komanda 7 qrupa bölünüb. Qruplardan ikisində 3, beşində 4 yığma çıxış edəcək. Qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5 komanda da eyni vəsiqəyə yiyələnəcək. 7 qrupun ikinci yerlərinin müqayisəsi zamanı dördüncü yer sahibləri ilə oyunlarının nəticəsi qeydə alınmayacaq. Bu da qruplarda millilərin sayının fərqli olması ilə bağlıdı.

 

Fransa, Sloveniya, Belçika və Hollandiyada keçiriləcək final mərhələsinin 12 iştirakçısı isə artıq məlumdu. Meydan sahiblərindən başqa, Avro-2017-nin ən yaxşıları – Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə seçmə mərhələyə qatılmadan, həlledici mərhələdə oynayacaq.

 

A qrupu: Finlandiya, Danimarka, Rumıniya

B qrupu: Estoniya, Latviya, İsrail

C qrupu: Slovakiya, Monteneqro, Moldova, İslandiya

D qrupu: Portuqaliya, Xorvatiya, Avstriya, Albaniya

E qrupu: İspaniya, Belarus, Norveç, Gürcüstan

F qrupu: Ukrayna, Makedoniya, Macarıstan, İsveçrə

G qrupu: Yunanıstan, İsveç, Azərbaycan, Lüksemburq

 

Avropa Voleybol Konfederasiyası qrup mərhələsinin oyunlarının təqvimini də müəyyənləşdirib. 2018-ci il avqustun 15-də start götürəcək seçmə mərhələnin növbəti 3 turu da həmin ay keçiriləcək. Komandalar ayın 18-də və ya 19-da II, 22-də III, 25-26-da IV turun görüşlərinə çıxacaqlar. Seçmə mərhələnin son matçları isə 2019-cu ilin yanvarında təşkil olunacaq. Ayın 5-də və ya 6-da V, 9-da isə VI turun matçları baş tutacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287