Azərbaycanın poçt rabitəsinin inkişafı beynəlxalq platformalarda geniş təbliğ olunur.
“APA-Economocis” xəbər verir ki, bunu Bakıda ilk dəfə keçirilən Avropa və MDB ölkələrinin “Poçt Liderləri forumu”nda “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib.
"Bu artq Beynəlxalq Poçt İttifaqı tərəfindən bu il Azərbaycanda keçirilən ikinci beynəlxalq tətbiqdir. İlk beynəlxalq tədbiri yanvar ayında keçirmişdik”, - deyə İ.Mustafayev bildirib.
O qeyd edib ki, bu günkü forumda 150-ə yaxın müxtəlif ölkələrin nümayəndələri iştirak edir:
“Onlar arasında poçt sektorunun tənzimləyiciləri, nazirlik səviyyəsində nünayəndələr, milli poçt operatorlarının rəhbərləri var. Forumun ən böyük əhəmiyyəti Azərbaycanın tanıdılmasıdır. Onun beynəlxalq arenada nüfuzunun artırılması məqsədi daşıyır. Bir məqama da da xüsusi diqqət cəlb etmək istəyirəm. Dubayda keçiriləcək növbəti Beynəlxalq Poçt İttifaqı seçkilərində Azərbaycan dövlət olaraq öz namizədliyini irəli sürüb. Məhz bu platformada bizim üçün imkanlar yaranır ki, Azərbaycanı dünya ölkələri arasında daha da tanıdaq, Azərbaycanda poçt rabitəsinin inkişafı barədə ətraflı məlumat verək".