Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim

Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim
# 23 iyun 2025 12:04 (UTC +04:00)

“Azercell Telekom” MMC və “PAŞA Sığorta” ASC arasında tərəfdaşlıq çərçivəsində “Premium” tarif paketinin istifadəçilərinə eksklüziv kampaniya təqdim olunur.

Belə ki, “Premium” tarifinin abunəçiləri PAŞA Sığortanın “Tam Kasko” məhsulunu 30% endirimlə əldə edə biləcəklər. Sözügedən sığorta paketi yol-nəqliyyat hadisələri, oğurluq, yanğın, təbii fəlakətlər və digər riskləri əhatə edir.

Bu təklifdən faydalanmaq üçün “Premium” abunəçiləri “Azercell” mobil tətbiqi vasitəsilə müraciət edərək kampaniyaya qoşula bilərlər.

Ətraflı məlumat üçün: https://pasha-insurance.az/az

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR