Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı “SİMA İmza” mobil tətbiqinin gündəlik yüklənməsi 40 minə çatıb.
Bu barədə "APA-Economics"ə “AzInTelecom”dan məlumat verilib.
"Ümumi say 2 milyonu ötüb. Ona görə də kütləvi tələbat bəzən müəyyən texniki çətinliklərə səbəb ola bilir. SİMA-da qeydiyyatdan keçməkdə çətinlik çəkənlər 157 Çağrı Mərkəzinə müraciət edə bilərlər", - deyə məlumatda bildirilib.