Dövlət orqanlarının 35%-i ilə təmas tam olaraq rəqəmsallaşdırılıb.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, bu addım insaların vaxtına qənaət etməsinə və karbon emissiyasını azaltmağa yönəlib.
Nazir həmçinin qeyd edib ki, Bakı şəhərinin rəqəmsal əkizi yaradılır. Bununla bağlı 6 milyon datapoint daxil edilib ki, bu, bir çox dünya şəhərləri üçün unikal göstəricidir.