Sərt karantin günlərində işləyəcək apteklərin siyahısı məlum olub

Sərt karantin günlərində işləyəcək apteklərin siyahısı məlum olub
# 13 iyun 2020 21:07 (UTC +04:00)

Həftəsonu sərtləşdirilmiş karantin günlərində fəaliyyətinə icazə verilmiş apteklərin siyahısı açıqlanıb.

APA xəbər verir ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 *7700 “Qaynar Xətt”inə və  www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR