"Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib

"Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib
# 10 oktyabr 2024 14:00 (UTC +04:00)

Bu vaxta qədər "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu, 100-dən çox informasiya sistemi inteqrasiya edilib.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O bildirib ki, rəqəmsal transformasiyanı daha da sürətləndirmək üçün bu sistemdə təkmilləşdirmələr həyata keçirilib və bu cür layihələr davamlı olacaq.

Nazir qeyd edib ki, rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində hər ay 500 min vərəqdən çox kağıza qənaət edilir:

"Yəni, bu, hər il 2000 ağac qənaətinə bərabərdir. Biz özəl sektorun da rəqəmsal sənəd dövriyyəsində aktiv iştirakını təşviq edirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR