Qlobal səviyyədə xərclənən 3 dollardan 1-i süni intellektə yönəlib.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Azərbaycan bu trendlə ayaqlaşmağa çalışır. Azərbaycanın süni intellekt sahəsində tədqiqat işlərində 50% artım gözlənir. Yeni yaradılan innovasiya mərkəzinin əsas istiqaməti süni intellektdir. Ölkədə fəaliyyət göstərən universitetlərin 70%-i süni intellektə yönəlib” - nazir əlavə edib.