Azərbaycan və Türkiyə kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir.
“APA-Economics” xəbər verir ki, bunu TÜBİTAK BİLGEM mərkəzinin rəhbəri, professor Ali Görçin "Simsiz Rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlim proqramının açılış mərasimində deyib.
O bildirib ki, indiki dövrdə simsiz rabitədə təhlükəsizliyin təşkil edilməsi çox önəmli məsələdir:
"Biz ölkələrimizi qorumaq və güclü ola bilməyimiz üçün bu texnologiyaları öncə öyrənməliyik, sonra da inkişaf etdirməliyik. Türkiyədə BİLGƏM-də Azərbaycandan gələn çox sayda mühəndis var. Biz sizinlə işləməkdən çox məmnunuq".